Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək

26 Oktyabr 2020 00:08 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İsveçrəyə səfər edəcək.

Teleqraf.com-un məlumatına görə, səfər oktyabr ayının 29-na planlaşdırılıb.

Səfər zamanı Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.