Düşmən Tərtəri atəşə tutdu

26 Oktyabr 2020 08:38 (UTC+04:00)

Ermənistan Silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

Bu barədə Teleqraf.com Müdafiə Nazirliyinə istinadən xəbər verir.