Düşmən diqqət yayındırmaq üçün dezinformasiya yayır - MN

28 Oktyabr 2020 15:16 (UTC+04:00)

Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır", - məlumatda vurğulanıb.