Düşmənin məhv edilən hərbi texnikası - Siyahı

31 Oktyabr 2020 08:25 (UTC+04:00)

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.