Tağıyevin nəticəsi: "Köklərimlə qürur duyuram"

10 Noyabr 2020 11:09 (UTC+04:00)

Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, Alban Klod sosial şəbəkə hesabından hislərini ifadə edib.

"Azərbaycan xalqını təbrik edirəm. Köklərimlə çox qürur duyuram! Bu gecə coşquludur! Yaşasın Azərbaycan!" - deyə Alban Klod qeyd edib.