Bağdadda dəhşətli terror: 71 ölü, 92 yaralı

18 Oktyabr 2014 07:01 (UTC+04:00)

Oktyabrın 17-də İraqın paytaxtı Bağdadın müxtəlif məntəqələrində bomba quraşdırılmış dörd avtomobilin partladılması nəticəsində 71 nəfər həlak olub, 92 insan isə yaralanıb.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, əvvəl şəhərin mərkəzində minalanmış avtomobilin partladılması nəticəsində 12 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Bir qədər sonra minalanmış avtomobil Bağdadın Mədinət-əs-Sədr bölgəsində partladılıb. Hadisə nəticəsində 10 nəfər həlak olub, 20-dən çoxu yaralanıb.

Üçüncü terror aktı şəhərin şərq hissəsində baş verib. Burada 14 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Paytaxtın şimal hissəsində, əhalinin sıx olduğu küçədə törədilən partlayış nəticəsində isə 35 nəfər dünyasını dəyişib.

Nail Cəlil