Türkiyədə rekord yoluxma qeydə alındı

21 Noyabr 2020 22:02 (UTC+04:00)

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda - 5 532 yoluxma qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 440 805 nəfərə çatıb.

Nazir qeyd edib ki, ötən sutka ərzində 135 nəfər koronavirusdan ölüb, ölənlərin ümumi sayı 12 219 nəfər təşkil edir.