Tramp sona yaxın bu addımı da atır: Tarix göstərildi - Peyvəndləmə başlanır

23 Noyabr 2020 09:09 (UTC+04:00)

"Pfuzer" və "Biontech" şirkətlərinin COVID-19-a qarşı hazırladığı və 95 faiz təsirli olduğu açıqlanan peyvəndi ABŞ ən tezi dekabrın 13-də insanlara tətbiq etməyə başlayacaq.

Teleqraf.com xəbər verir ki, vaksin artıq ABŞ Qida və Əczaçılıq Dairəsinə təsdiq üçün təqdim edilib.

Donald Tramp hakimiyyətinin koronavirus əleyhinə məsul şəxsi Monsef Slaui CNN-ə açıqlamasında deyib: "Peyvənd təsdiqləndikdən sonra 24 saat ərzində onu vaksinin tətbiqi mərkəzinə göndərəcəyik".

O, prosesin 11 və ya 12 dekabrda sonuclanacağını gözlədiklərini deyib.

Vaksin ilk növbədə tibbi personala vurulacaq.