Artıq bizə heç kim hörmət etmir - Aşotyan

23 Noyabr 2020 11:56 (UTC+04:00)

Bizə biabırçı kapitulyasiyadan sonra heç kim hörmət etmir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın müxalif "Respublika" partiyasının sədr müavini Armen Aşotyan öz Feysbuk səhifəsində yazıb.

Aşotyan qeyd edib ki, bu sənəddən sonra bütün dünyanın Ermənistana yazığı gəlir:

“Biz ayağa qalxa bilərik, amma bunun üçün ilk addım hazırkı xuntanı aradan qaldırmaqdır. Əks halda biz geosiyasi appendisitə çevriləcəyik”.