Ermənistanda bu şəxslərə 600 dollar veriləcək

23 Noyabr 2020 17:39 (UTC+04:00)

Ermənistan hökuməti özünün saytında Qarabağda Azərbaycanın nəzarətinə keçən və ya keçəcək 121 yaşayış məntəqəsinin adını ictimailəşdirib.

Teleqraf.com xəbər verir ki, siyahı Azərbaycanın nəzarətinə keçən şəhər və kəndlərdə qeydiyyata alınan Qarabağ sakinlərinin 300 min dram (600 dollar) məbləğində birdəfəlik yardım alma qaydaları barədə mesaja əlavə edilib.

Həmin yaşayış məntəqələrinin hərbi əməliyyatların dayandırılması ilə bağlı imzalanan 10 noyabr tarixli bəyanata əsasən Azərbaycanın nəzarətinə keçəcəyi bildirilib.