Nikaraquada ağır qəza: Yük maşını dərəyə aşdı

24 Noyabr 2020 08:45 (UTC+04:00)

Nikaraquanın Vaslala bələdiyyəsində yük maşını dərəyə aşıb.

Teleqraf.com xəbər verir ki, qəza nəticəsində azı 16 nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb.

Bildirilir ki, bütün xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, qəzaya səbəb yük maşınının əyləc sistemində problemin olması olub.