Gəncədə keçmiş məhkumlar cinayət törətdi – Təfərrüat

24 Noyabr 2020 13:26 (UTC+04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsinə noyabrın 17-də Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisində 3 nəfərin qəsəbə sakini S.Sarıyevə bıçaqla xəsarət yetirərək mobil telefonunu alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri E.İsmayılov, əvvəllər məhkum olunmuşlar B.Əliyev və Ə.Hüseynov saxlanılıblar.