İşçi qrup yaradıldı - Senatın qətnaməsinə qarşı

26 Noyabr 2020 11:49 (UTC+04:00)

Azərbaycan Milli Məclisi Fransa Senatının qəbul etdiyi qətnaməyə qarşı bəyanat hazırlamaq üçün işçi qrupu yaradıb.

Teleqraf.com xəbər verir ki, işçi qrupa Səməd Seyidov, Fazil Mustafa, Əminə Ağayeva və digər deputatlar daxil edilib.

Qrup Fransa Senatının məlum qətnaməsinə cavab bəyanatı hazırlayacaq, sənəd parlamentdə müzakirəyə çıxarılaraq qəbul ediləcək.