Niyə Zodda erməni hərbi birlikləri yoxdur? – İrəvanda gərginlik

27 Noyabr 2020 16:59 (UTC+04:00)

“Ermənistan hakimiyyəti ölkədə tətbiq olunan hərbi vəziyyəti öz maraqları üçün uzadır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentindəki “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan deyib.

“Dünən“ Mənim addımım ”fraksiyası təqdim olunan layihənin əleyhinə səs verərək hərbi vəziyyətin ləğvi təklifimizi rədd etdi. Yəni bütün ölkə üzrə tətbiq olunan hərbi vəziyyət qalır.

Hərbi vəziyyət yalnız hakimiyyətinizi qorumaq üçün deyilsə, bəs nə üçündür? Niyə hərbi vəziyyətə görə Sotkda (Kəlbəcərin Zod qızıl mədəni nəzərdə tutulur-red. ) sərhəd gözətçiləri və ya başqa birliklər yoxdur?”, - Marukyan bildirib.