"Fənərbaxça" şəhidimiz Niyamin Niftalızadəni yad etdi - Foto

28 Noyabr 2020 16:19 (UTC+04:00)

"Fənərbaxça" klubu İkinci Qarabağ müharibəsində şəhid olan Niyamin Niftalızadəni yad edib.

Teleqraf.com-un xəbərinə görə, bununla bağlı klubun rəsmi saytında məlumat yer alıb:

"Niyamin Niftalızadənin məzarı önünə klubun forması və əklil qoyulub. Azərbaycan Ordusunda xidmət edərkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət diləyir, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk".