Şabranda koronavirus xəstələri saxlanıldı – Foto

29 Noyabr 2020 11:26 (UTC+04:00)

Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin – rayon sakinləri B.Aslanov və Z.Cavadovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana gətiriliblər.

Həmin şəxslərin törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün rayon polis şöbəsində araşdırmalar davam etdirilir.