Abşeronda yaşayış binasında yanğın

29 Noyabr 2020 17:54 (UTC+04:00)

Abşeronda çoxmərtəbəlli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonda çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin eyvanında ev əşyaları və taxta tullantıları 4 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.