Bakıda yol qəzası - Xəsarət alan var

30 Noyabr 2020 08:25 (UTC+04:00)

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Əliyeva Şahnaz Məhəmmədəli qızı xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.