ANAMA-dan vətəndaşlara xəbərdarlıq - Bu ərazilərə getmək təhlükəlidir

30 Noyabr 2020 15:12 (UTC+04:00)

Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə səfər etməyə tələsməməlidir. Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Q.Əhmədov bildirib ki, vətəndaşların doğma torpaqlarına getmələri üçün yaxın zamanlarda şərait yaradılacaq:

“Hələki həmin ərazilərə daxil olmamaq xahiş olunur, polis postlarından yayınaraq ara yollarla həmin məntəqələrə getmək təhlükəlidir. Həmin ərazilərə xüsusi təlim keçən insanlar xüsusi icazə ilə daxil ola bilərlər".