Avropadan xəbərdarlıq: “Virusda ikinci dalğa zəifləyib, amma...”

2 Dekabr 2020 12:39 (UTC+04:00)

“COVID-19 epidemiyasının ikinci dalğası azalsa da, iqtisadi çətinliklər davam edir”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) başçısı Kristina Laqard açıqlayıb.

Laqard nə epidemiyanın, nə də mənfi təsirlərin hələlik ortadan qalxmadığına dair xəbərdarlıq edib:

“İkinci dalğa davam edir. Bu arada Avropada ikinci dalğa yavaşıdı, intensivliyin azalmasını görülən tədbirlərin təsiri ilə izah etmək olar. Ancaq pandemiya iqtisadiyyata təsir göstərməyə davam edir.

Son proseslər iqtisadiyyatın hələ də ağır sıxıntı içərisində olduğunu göstərir”.