Paşinyanı istefaya çağıran hər kəs həbs edilir – İrəvanda son durum

4 Dekabr 2020 12:03 (UTC+04:00)

Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyaları zamanı 43 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat verib.

Saxlanılan şəxslərin həbs edildiyi bildirlib.

Saxlanılanlar Ermənistan İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi (polisin tələbini yerinə yetirməmək) ilə həbs edildiyi bildirilib.