Paşinyana erkən seçki təklifi: “Vəziyyət qısa müddətdə sabitləşməsə...”

5 Dekabr 2020 17:54 (UTC+04:00)

“Baş nazir Nikol Paşinyan Ermənistan daxilindəki qeyri-sabit siyasi vəziyyətin uzun sürə bilməyəcəyini başa düşür”.

Teleqraf.com xəbər verir ki, “Hraparak” qəzeti Paşinyanın hakim “Mənim Adımım” blokunun bir qrup millət vəkili ilə görüşündə ölkədəki əhval-ruhiyyəni araşdırmağa və etimad referendumu keçirilməsi məsələsini müzakirə etməyə çalışdığını yazıb.

“Baş nazirə inam məsələsi ictimai qarşıdurmanı aradan qaldırmaq üçün bir vasitə olduğu iddia edilən referenduma çıxarılacaq. Lakin Paşinyan komandasının üzvləri belə referendumun uğurlu olacağına şübhə edirlər. Bunun əvəzinə erkən parlament seçkilərinin mümkün qədər tez keçirilməsini təklif ediblər.

Yeri gəlmişkən, Paşinyanın da bu məsələ ilə bağlı qəti qərarı yoxdur - vaxt baxımından. Daxili siyasi gərginlik səngiməsə, bir neçə aydan sonra, yazda seçkilərin keçirilməsi mümkündür. Vəziyyət sabitləşsə, seçkilər növbəti tarixdə keçiriləcək”, - qəzet qeyd edir.