Gəncədəki erməni vəhşiliyi İtaliya parlamentinə çıxarılacaq - Foto

5 Dekabr 2020 17:06 (UTC+04:00)

“Gəncə və digər bölgələrdə yaşanan faciələr, erməni vəhşiliyi İtaliya parlamentində müzakirə olunacaq”.

Teleqraf.com xəbər verir ki, bu fikirlər İtaliya Palamenti Deputatlar Palatasının nümayəndə heyətinin Gəncə şəhərinə səfərində səsləndirilib.

Səfər çərçivəsində italiyalı pafrlamentarilər Gəncə şəhərində raket düşən ərazilərə baxıblar. Onlar burada dağıntıları öz gözləri ilə görüblər, şəhid olan günahsız insanların yaxınları ilə görüşüblər.

Bildirilib ki, İtaliya Azərbaycanın dostu olaraq hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bu istiqamətdə rəsmi Bakıya öz siyasi dəstəyini verib.
Günahsız insanların öldürülməsninə münasibət bildirən italiyalı parlamentarilər mülkü şəxslərin qətlə yetirilməsi faktlarının müharibə cinayəti olduğunu və gördüklərini İtaliya parlamentində diqqətə çatdıracaqlarını bildiriblər.

Qeyd edək ki, Gəncə şəhərinə İtaliyada müxtəlif siyasi partiyaları təmsil edən deputatlar gəlib. Onlar Gəncədən sonra raket düşən digər ərazilrə, həmçinin işğaldan azad olunan Ağdam rayonuna səfər edəcəklər.