Alla Puqaçovanın həyat yoldaşından Azərbaycana dəstək - Foto

9 Dekabr 2020 14:13 (UTC+04:00)

Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, teleaparıcı, şoumen və müğənni Maksim Qalkin Azərbaycana dəstək olub.

Teleqraf.com xəbər verir ki, Maksim Qalkin "Nargis magazine" jurnalının İnstaqram hesabında ölkəmiz haqqında təəssüratlarını bölüşüb:

"Bakı, inanılmaz səmimi qarşılama üçün təşəkkür edirəm. İyirmi ildir ki, solo konsertlərlə Bakıya səfər edirəm və gözəl azərbaycanlı tamaşaçılar ilə görüşdən zövq alıram".

Qeyd edək ki, Alla Puqaçova Maksim Qalkin ilə evlidir. Və cütlüyün əkiz övladları var.