PSJ-yə baş məşqçi təyin edildi

2 Yanvar 2021 23:55 (UTC+04:00)

Argentinalı mütəxəssis Maurisio Poçettino Fransanın "Pari Sen-Jermen" futbol klubunun baş məşqçisi təyin edilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə futbol klubunun mətbuat xidmətindən bildirilib.

Daha əvvəl PSJ 2018-ci ildən komandanın baş məşqçisi vəzifəsində çalışan Tomas Tuxel ilə vaxtından əvvəl müqaviləyə xitam vermişdi.