Lukaku Ronaldonun rekordunu yenilədi

3 Yanvar 2021 21:29 (UTC+04:00)

İtaliya A Seriyasının 15-ci turunun "Krotone" ilə oyunu "İnter"in futbolçusu Romelu Lukaku üçün əlamətdar olub.

Teleqraf.com xəbər verir ki, belçikalı hücumçu Milan təmsilçisində yeni rekord müəyyənləşdirib.

"İnter"in 6:2 hesabı ilə qalib gəldiyi matçda fərqlənən Lukaku bu komandanın heyətində daxili turnirlərdə 50-ci qolunu vurub. Təcrübəli oyunçu bu göstəriciyə 70-ci matçında nail olub.

Qeyd edək ki, bu rekord daha əvvəl braziliyalı hücumçu Ronaldoya məxsus olub. Veteran hücumçu "İnter"də 77 oyuna 50 qol vurub.