Yaponiyanın cənubunda yük gəmisi batdı

13 Yanvar 2021 09:35 (UTC+04:00)

Yaponiyanın cənubunda Panama bayrağı altında üzən yük gəmisi batıb.

Teleqraf.com-un məlumata görə, insident Naxa şəhərindən (Okinava prefekturası) təxminən 870 kilometr cənubda baş verib.

Məlumata əsasən, hadisə yerinə Yaponiyanın xilasetmə qüvvələri göndərilib. Qeyd edilir ki, gəminin 22 nəfərdən ibarət heyəti xilasedicilərin gəlməsini gözləyir.

Gəminin batmasının səbəbi barədə məlumat verilmir.