"Qələbənin rəmzi dəmir yumruq idi, artıq qılınc var" - Prezidentə hədiyyə/Foto

13 Yanvar 2021 14:41 (UTC+04:00)

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə qələbə münasibətilə xatirə hədiyyəsi təqdim edib:

Salim bin Məhəmməd əl-Malik: Bu, Qələbəni əks etdirir. Burada Bismillahir Rəhmanir Rəhim deyilir. Burada deyilir ki, biz Qələbəni qeyd edirik və burada Allahın Məhəmməd peyğəmbərə kəlamları var.

Prezident İlham Əliyev: Çox sağ olun.

Salim bin Məhəmməd əl-Malik: Burada Zati-aliləri Prezident İlham Əliyev üçün yazılıb, Dağlıq Qarabağda Qələbəni qeyd edirik, bu, bizim loqodur. Zati-aliləri, bu qılıncın 100-dən çox yaşı var.

Prezident İlham Əliyev: Çox sağ olun. Bizim Qələbənin rəmzi dəmir yumruq idi, artıq bizdə qılınc var. Təşəkkür edirəm.