Rusiya Türkiyə ilə sərhədə əlavə hərbçilər göndərdi

18 Yanvar 2021 08:05 (UTC+04:00)

Rusiya hərbi polisinin əlavə bölmələri Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Haseke vilayətinə göndərilib.

Teleqraf.com xəbər verir ki, hərbi polis müşahidə məntəqələrinin mühafizəsini gücləndirəcək.

Ümumilikdə müşahidə məntəqələrinə 300-ə yaxın əlavə hərbi qulluqçu yerləşdiriləcək.

Qeyd edək ki, Rusiya və Türkiyə hərbçiləri Suriyanın şimal-şərqindəki Haseke əyalətində birgə patrul xidməti həyata keçirirlər. Patrul marşrutlarını Rusiya və Türkiyə tərəfləri birgə tərtib edirlər. Hərbi mütəxəssislərin qarşılıqlı əlaqəsi tərcüməçilərin köməyi ilə həyata keçirilir.