Trampla bağlı heç bir məxfi informasiya paylaşılmayacaq - Ron Klein

18 Yanvar 2021 16:50 (UTC+04:00)

ABŞ-ın yeni prezidenti Co Bayden kəşfiyyat üzrə məsləhətçilərindən Donald Trampa dair məxfi məlumatları paylaşıb-paylaşmamaqla bağlı tövsiyələr gözləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Baydenin prezidentliyi dövründə Ağ Evin aparat rəhbəri olacaq Ron Klein deyib.

Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ Milli Kəşfiyyat Xidmətinin sabiq direktor müavini S. Qordo Donald Trampın vəzifədən getdikdən sonra onunla məxfi məlumatların paylaşılmasına etiraz edib.

Ağ Evin yeni aparat rəhbəri qeyd edib ki, onlar mütləq bu məsələləri Baydenin kəşfiyyat üzrə mütəxəssisləri ilə məsləhətləşəcək. Və bu tövsiyələrə uyğun hərəkət edəcək.

Qordo isə ABŞ-ın sabiq prezidentlərinin xarici kəşfiyyatın hədəfində ola biləcəyinə inanır. Onun fikrincə, Trampın digər prezidentlərdən fərqi xaricdə iş əlaqələri olması və təcavüzkarlara qarşı həssas mövqe sərgiləməsidir. .

Kəşfiyyat Palatasının demokrat partiyasından olan sədri Adam Şiff isə daha açıq mövqe ifadə edib: “Hesab edirəm ki, Trampa inanmaq olmaz”.