“Onların düzənini pozduq” – Ərdoğandan şok Qarabağ açıqlaması

18 Yanvar 2021 17:08 (UTC+04:00)

“Türkiyə etdiyi həmlələrlə əsrlərdir müstəmləkəçilik üzərində qurulmuş düzəni kökündən sarsıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz ölkə xaricində də tarixi dönüşün təməllərini atırıq. Aralıq dənizinin şərqindən Qarabağa qədər kritik məsələlərin həll edilməsində irəli sürdüyümüz güclü iradə ilə qətiyyətimizi bütün dünyaya göstərdik. Türkiyə etdiyi həmlələrlə əsrlərdir müstəmləkəçilik üzərində qurulmuş düzəni kökündən sarsıdır”, - Türkiyə lideri qeyd edib.

Ərdoğan Türkiyənin terrorizmlə mübarizədə böyük nəticələr əldə etdiyini bildirib:

“Bölgəmizdə bağlı qapılar arxasında qurulan planlar artıq günahsız insanların qan bahasına həyata keçirilə bilməz. Bunlar terrorizmi alovlandıra bilməz. Belə bir düzəni pozan bir ölkənin hədəf taxtasına qoyulmaması mümkündürmü? Nə desələr də, nə etsələr də, tarix öz hökmünü verir”.