İraq ordusuna avia zərbələr endirildi

19 Yanvar 2021 08:05 (UTC+04:00)

İraqın mərkəzi Babil əyalətinin şimalında yerləşən Cürf ən-Nəsr şəhərinin ərazisi hava zərbələri endirilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Al Mayadeen telekanalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, zərbə endirilən ərazi İraq silahlı qüvvələrinin nəzarətindədir.

"Əl Arabiya" telekanalı növbəsində Cürf ən-Nəsr yaxınlığında "Kataib Hizbullah" qruplaşmanın mövqelərində üç partlayışın baş verdiyini bildirdi. Kanal mənbələrinin verdiyi məlumata görə, İraq hərbçiləri xəsarət almayıb.