Bakıda ağır qəza – Ölən var

19 Yanvar 2021 11:56 (UTC+04:00)

Bakının Nizami rayonu ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini S.Salahlı idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Allahverdiyevanı vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.