Şabranda qanunsuz ov edənlər saxlanıldı

21 Yanvar 2021 10:16 (UTC+04:00)

Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində A.Hüseynli və M.Qədirov qanunsuz ov etdiklərinə görə saxlanılaraq polis şöbəsinə gətirilib.

Saxlanılan şəxslərdən ümumilikdə 10 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.