Amerikanın yeni müdafiə naziri - Konqres də Baydenin namizədini seçdi

22 Yanvar 2021 10:52 (UTC+04:00)

ABŞ Nümayəndələr Palatası və Senat müdafiə naziri postuna namizəd göstərilən təqaüdçü general Lloyd Ostin üçün öhdəliklərindən lazımi azadlığı verən qanun layihəsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Co Baydenin namizədinin öhdəliklərindən azad edilməsini nəzərdə tutan qanun layihəsi Nümayəndələr Palatasında 326, Senatda 69 səslə qəbul olunub.

ABŞ qanunlarına görə, bir hərbçinin ordudan ayrıldıqdan sonra yüksək siyasi vəzifəyə təyin olunması üçün 7 il gözləməlidir. Bu öhdəliklərdən yalnız Konqresin iki qanadı - Nümayəndələr Palatası və Senatın qərarı ilə azad oluna bilərlər.

Lloyd Ostin 2016-cı ildə general rütbəsi ilə ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) komandanı vəzifəsindən təqaüdə çıxıb.