Şagirdlərin məktəbə getməsi məcburi olacaq? - Nazirin cavabı

22 Yanvar 2021 12:50 (UTC+04:00)

50 yaşdan yuxarı müəllimlərin könüllü vaksinasiyası pandemiya ilə mübarizədə həyatımızı asanlaşdıracaq.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi vaksinasiya olunacaq müəllimlərin siyahısını hazırlayıb: "Bakı şəhəri üzrə 16 698, bölgələr üzrə 32 600-dən çox müəllimin vaksinasiyası gözlənilir".

Nazir qeyd edib ki, valideynlər övladlarını məktəbə göndərmək istəmirlərsə, onlayn resurslardan istifadə edə bilərlər: "Məktəblər açıldıqdan sonra "Məktəblinin dostu" layihəsi davam etdiriləcək".