TƏBİB həkimlərə məcburi vaksin vurulması iddialarına - Cavab verdi

23 Yanvar 2021 12:49 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

TƏBİB-dən Teleqraf.com-a bildirilib ki, peyvəndləmə heç bir halda məcburi ola bilməz.

“Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır”, - qurumdan qeyd olunub.

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.