Fransada aclıq qorxusu: Konserv satışı artdı

25 Yanvar 2021 15:07 (UTC+04:00)

Fransa əhalisi koronavirus epidemiyasının 2021-ci ildə də davam edəcəyi və qıtlıq yaranacağı qorxusu ilə qida ehtiyatları yığmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bunu İnformasiya Resursları Şirkəti (IRI) yayımlayıb.

Məlumata görə, fransızlar uzun müddət qorunub saxlanıla bilən dondurulmuş qida və konservlər alırlar.

Hazır məhsullar arasında əsasən hisə verilmiş balıq, ət, qiymə, çörək və dondurulmuş tərəvəz və dondurma da yer alır. Ölkədə qaz ciyəri satışları 50 faiz, hisə verilmiş balıq satışları 28 faiz, şampan satışları isə 20 faiz artıb.

Fransızların 2021-ci ilin yazının çox isti olacağı gözləntisi ilə dondurma hazırlamağa meylli olduqları bildirilir.

Məlumata görə, “Thiriet” şirkətinin dondurma satışları 200 faiz artıb.