Məsut Özil Azərbaycana salam göndərdi - Video

27 Yanvar 2021 20:13 (UTC+04:00)

Fənərbaxça”nın yeni transferi Məsut Özilin təqdimetmə mərasimi olub.

Teleqraf.com-un məlumatına görə, mərasimdə ulduz futbolçu Azərbaycanla bağlı fikirlərini bölüşüb.

O bildirib: “Azərbaycana salam göndərirəm. Sadəcə, “Fənərbaxça” tərəfdarlarına deyil, hər kəsə salamımı çatdırıram. Bizi dəstəklədikləri üçün təşəkkür edirəm”.

Daha sonra İstanbul klubunun prezidenti Ali Koç Azərbaycanla bağlı fikirlərini dilə gətirib: “3 ölkə var ki, orada oynamaq istəyirik. Onlardan birincisi Azərbaycandır. Məsutun gəlməsi ilə bu daha çox reallaşa bilər. Yaxında Azərbaycana gedib orada yoldaşlıq görüşü keçirəcəyimizə inanıram”.