Makrona “soyuq duş” – Nəticələr Fransa liderini məyus etdi

28 Yanvar 2021 11:22 (UTC+04:00)

Fransada aparılan bir anketdə ictimaiyyətin yarısından çoxunun Prezident Emmanuel Makronun siyasətini mənfi hesab etdiyi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, “Ipsos” tədqiqat şirkəti tərəfindən 22-23 yanvar tarixlərində “Le Point” jurnalı üçün aparılan anketdə ölkədə Makrona olan inamın bu ay 3 faiz azaldığı məlum olub.

Anketə görə, fransızların 60 faizi Makronun siyasətini mənfi hesab edir.

Baş nazir Jan Kasteksin siyasətinə mənfi baxanların nisbəti isə 61 faizə yüksəlib.