Əmirovun belə bir adda əsəri yoxdur - Nazirlik aydınlıq gətirdi

6 Fevral 2021 21:14 (UTC+04:00)

Uzun müddətdir ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində müxtəlif mənbələrə istinad edilərək görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirova məxsus musiqi kompozisiyasının erməni bəstəkar Ara Gevorkyanın müəllifliyi altında təqdim edilməsi barədə məlumatlar yayılmaqdadır.

Bu barədə Teleqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir. Belə ki, Fikrət Əmirovun "Qarabağ inciləri" kompozisiyası kimi hesab edilən rəqs musiqisi Azərbaycan bəstəkarına aid deyil.

Fikrət Əmirovun belə bir adda əsəri yoxdur və sözügedən kompozisiyanın da ona aidiyyəti yoxdur.