Ayda yoxa çıxmışdılar - 50 il sonra tapıldılar

7 Fevral 2021 18:11 (UTC+04:00)

Amerikalı astronavt Alan Şepardın 1971-ci ildə “Apollo 14” missiyası əsnasında Ayın səthində qolf oynayarkən itirdiyini iddia etdiyi topları 50 il sonra tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Qolf topları Ayda çəkilən fotoların keyfiyyətinin kompüter proqramları vasitəsilə yaxşılaşdırılmasından sonra üzə çıxıb. Mütəxəssis Endi Sandersin apardığı incələmə nəticəsində Şepardın iddiasını təsdiqlənib.

Şepard əlindəki qolf çubuqları ilə iki zərbə vurduğunu, topun ilk atışda kraterə girdiyini, ikincisinin isə kilometrlərlə uzağa getdiyini iddia edib. Kosmik gəminin eniş etdiyi ərazidə çəkilmiş fotoların yaxşılaşdırılmış görüntüləri kosmonavtın iddia etdiyi qədər uğurlu olmadığını ortaya qoyub. Görüntülərdə Şepardın ilk zərbəsində topun 22 metr, ikinci vuruşunda 37 metr məsafədə Ayın səthinə düşdüyü bəlli olub.

Sanders BBC-yə bildirib ki, astronavt topları iddia etdiyi qədər atmasa da, bunu Ayda edə bilməsi vacibdir.