Natavan və Röyanın qalmaqalının üstü açıldı - Şok sözlər

8 Fevral 2021 15:55 (UTC+04:00)

Müğənni Xuraman Şuşalı iki küsülü həmkarı Röya Ayxan və Natavan Həbibini barışığa səsləyib.

Teleqraf.com xəbər verir ki, müğənni "ATV maqazin onlarla" verilişində bu sözləri deyib: "Dost olsalar yaxşı olar. Çünki mehribanlıq olan yerdə ruzi-bərəkət də çox olur. Əslində, onlar başqa janrlarda ifa edirlər. Natavan Həbibinin xarakterini bilirəm, Röya Ayxan ilə də münasibətim çox yaxşı olub".

Xuraman Şuşalı Natavan Həbibi və Röya Ayxanın qalmaqalının səbəbini də açıqlayıb: "Yəqin ki, hamı bir nömrə olmaq istəyir və qalmaqallar ondan irəli gəlir".