"Neftçi" "Qəbələ"ni məğlub etdi

20 Fevral 2021 20:16 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

Teleqraf.com xəbər verir ki, turun son matçında "Neftçi" "Qəbələ"ni qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə qolu 90+4-cü dəqiqədə Emin Mahmudov vurub.