"İnter" "Milan"ı səfərdə məğlub etdi

21 Fevral 2021 21:43 (UTC+04:00)

Futbol üzrə İtaliya A Seriyasında XXIII turun mərkəzi görüşü "Milan" və "İnter" komandaları arasında keçirilib.

Teleqraf.com-un məlumatına görə, "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma nominal qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb.

İlk 2 qolu 5-ci və 57-ci dəqiqələrdə Lautaro Martines vurub. Son nöqtəni isə 66-cı dəqiqədə Romelu Lukaku qoyub.