Tərtərdə mülki şəxsin minaya düşməsi araşdırılır

22 Fevral 2021 19:36 (UTC+04:00)

Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.