Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri görüşəcək

23 Fevral 2021 21:45 (UTC+04:00)

Bu, xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşüdür. Bu il Türkmənistanda keçirilməsi nəzərdə tutulan üç ölkənin dövlət başçılarının zirvə görüşünün hazırlıqlarını müzakirə etdik və bu zirvə görüşü ilə bağlı yol xəritəsini müəyyənləşdirdik”.

Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, nazirlər arasında görüş zamanı həmçinin, Əfqanıstan, terrorla mübarizə, bölgə və dünyada baş verən proseslər diqqət mərkəzində olub.