Zaur Xatirəyə söz atdı: "Sizi yuxarı qaldırırıq..." - Foto

24 Fevral 2021 12:55 (UTC+04:00)

Aparıcı Zaur Kamal Azad Azərbaycan televiziyasında qonaq olub.

Teleqraf.com xəbər verir ki, Zaur Kamal müğənni Xatirə İslama söz atıb.

O, proqramda qonaq olan müğənni Manaf Ağayevin cibinə zərf qoyub: "İndi müğənillər belə istəyir.
Xatirə İslam televiziyalardan pul umur. Biz sizi populyar edirik, yuxarı qaldırırıq, xalqa sevdiririk. Efir, televiziya olmasa tanınarsınız?!"

Qeyd edək ki, Xatirə İslam efirə çıxmaq üçün televiziya rəhbərlərindən qonorar tələb etmişdi.