Avtobuslar dayanacaqdan kənar da saxlayacaq - BNA-dan qərar

24 Fevral 2021 10:50 (UTC+04:00)

Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb.

Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobusları sürücülərinə sms məlumatlandırma vasitəsilə göstəriş verilib.