Bakıda son 9 ilin ən kəskin soyuğu - Qeydə alındı

24 Fevral 2021 12:11 (UTC+04:00)

Bakıda düşən yağıntının miqdarı 18 mm olub. Bu da aylıq normanın 90%-ı həcmindədir.

Teleqraf.com hidrometeoroloqlara istinadən xəbər verir ki, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb. Bu, Bakıda ən aşağı temperatur göstəricisi olub.

Həmin il havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub, bu da rekord göstərici idi.